Turizm potensialı olan kəndlərdə “turistik kənd” konsepsiyasına uyğun olaraq turizm infrastrukturunun yaradılması nəzərdə tutulur.
“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.
İşin əsas icraçısı Dövlət Turizm Agentliyidir.
İlkin olaraq kənd yerlərinin turizm potensialının reallaşdırılmasına dair Tədbirlər Planı həyata keçiriləcək.
2023-2025-ci illərdə 8 kənddə turizm əlaqəli infrastruktur işlərinin görülməsi, ümumilikdə kəndlərdə qonaqlara kirayə verilən evlərin sayının 20% artması nəzərdə tutulub.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir