2022-ci ilin yanvar-iyun ayları ərzində Bakı Tbilisi Ceyhan neft kəməri boyunca 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə Türkmənistan mənşəli neftin nəqli 746 min ton (155%) artaraq 1.2 milyon ton təşkil edib.
“İki sahil” xəbər verir ki, bu barədə Tranzit yükdaşımaların idarə edilməsi üçün vahid Qərargahın yaradılması haqqında keçirilən iclasda bildirilib.
Qeyd olunub ki, Yalama - Böyük Kəsik istiqamətində neft məhsulları (xüsusilə Qazaxıstan mənşəli neft məhsulları) dəmir yolu vasitəsilə eyni dövr ilə müqayisədə 2022-ci ilin ilk 6 ayında 772 min ton (707% artım) artaraq 0.9 milyon ton olub.
Həmçinin o da bildirilib ki, Şərq-Qərb və Şimal-Qərb istiqamətləri üzrə tranzit yükdaşımaları (boru istisna olmaqla) 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2022-ci ilin eyni aylarında müvafiq olaraq 325 min ton (15% artım) və 873 min ton (205% artım) artaraq 2.5 milyon ton və 1.3 milyon ton olub.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir