23 iyul 2022 10:05
849

Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib

Cari ilin yanvar-iyun aylarında Azərbaycan ən çox İtaliyaya məhsul göndərib.

Dövlət Gömrük Komitəsindən "İki sahil"ə verilən məlumata görə, altı ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və İsrail qərarlaşıb. İtaliyaya ixrac 8 milyard 972,2 milyon ABŞ dolları, Türkiyəyə 1 milyard 851,9 milyon dollar, İsrailə isə 934 milyon dollar dəyərindədir.

Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında isə ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 9 milyard 116,5 milyon dollar, Türkiyə ilə 2 milyard 904,6 milyon dollar, Rusiya ilə 1 milyard 572,2 milyon dollar təşkil edib.