25 iyul 2022 11:03
997

Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunda yerüstü piyada keçidi inşa olunur

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 25,3-cü km-lik hissəsində yerüstü piyada keçidinin inşası aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “İki sahil”ə verilən məlumata görə, inşa işləri ilə əlaqədar sürücülərdən qeyd olunan ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.