“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda cari əməliyyatlar hesabının profisiti üzrə proqnozunu açıqlayıb.
"İki sahil" Agentliyə istinadən xəbər verir ki, 2022-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 23,6%-ni (yanvar proqnozu ÜDM-in 10,8%-i) təşkil edəcək. Bu isə son illər üzrə ən yüksək göstəricidir.
“S&P" hesab edir ki, cari əməliyyatlar hesabının profisiti 2023-cü ildə ÜDM-in 13,8%-ni (ÜDM-in 4,5%-i) təşkil edəcək. 2024-cü ildə ÜDM-in 0,7%-i səviyyəsində kəsir (ÜDM-in 0,2%-i səviyyəsində profisit), 2025-ci ildə ÜDM-in 1,4%-i səviyyəsində kəsir (ÜDM-in 0,5%-i səviyyəsində kəsir) proqnozlaşdırılır.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir