"Şahdəniz" qaz-kondensat yatağından Türkiyəyə qaz tədarükü bu ilin avqustunda dayandırılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin BOTAŞ dövlət neft-qaz şirkəti öz "Twitter" səhifəsində bildirib.
"Şahdəniz"-Türkiyə (Bakı-Tbilisi-Ərzurum) boru xəttində planlı təmir işləri ilə əlaqədar avqustun 14-dən 28-dək Türkgözü giriş məntəqəsindən milli qazpaylayıcı şəbəkəyə qaz verilişi mümkün olmayacaq. Planlı təmir işləri zamanı milli qazpaylayıcı şəbəkənin tələb və təklif balansında problemlər gözlənilmir", - məlumatda deyilir.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ilin yanvar-iyun aylarında Bakı-Tbilisi-Ərzurum boru xətti ilə 10,236 milyard kubmetr qaz nəql edilib.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir