İqtisadiyyat Nazirliyi tərəfindən startapın stimullaşdırılması məqsədilə 450 min manat vəsait ayrılıb.
“İki sahil” iqtisadiyyat naziri Mikayıl Cabbarovun “Twitter“ hesabındakı paylaşımına istinadən xəbər verir ki, innovativ sahəyə dəstək çərçivəsində 18 layihənin hər birinə 25 min manat ödəniləcək.
“Təhsil Nazirliyi və SABAH.lab Startap Akselerasiya Mərkəzi tərəfindən keçirilən Baku ID Summer'22 (Bakı İnvestisiya Günü) startapların təşviqi, yerli layihələrin xarici investorlara təqdim edilməsi baxımından önəmlidir”, - nazir qeyd edib.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir