Bu ilin I yarısında Iqtisadiyyat Nazirliyi yan;nda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 600-dən çox mikro, kiçik və orta sahibkarlıq subyektinin məhsul və xidmətlərinin 16 sərgi və yarmarkada nümayiş olunmasına və satışına təmənnasız olaraq dəstək göstərib.
Bu barədə “İki sahil”ə KOBİA-dan məlumat verilib.
Məlumata görə, sərgi və yarmarkalarda iştirak edən sahibkarların 80%-i mikro, 15%-i kiçik, 5%-i isə orta sahibkarlıq subyekti olub. Onlar əsasən, sənaye, kənd təsərrüfatı, qida, tekstil, əl işləri və digər fəaliyyət sahələri üzrə məhsul və xidmətlərini təqdim ediblər.
Yanvar-iyun aylarında sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbkələrinə çıxışına dəstək məqsədilə KOBİA-ya 59 müraciət daxil olub. Müraciətlərin 30-u qida məhsulları, 27-si qeyri-qida məhsulları, 2-si isə digər kateqoriyaya aid məhsullarla bağlıdır.
Agentlik “Şərq bazarı” kompleksində və “Bolmart” marketdə müvafiq yer icarəyə götürməklə mikro və kiçik sahibkarların məhsullarının satışına başlayıb. Burada KOB subyektlərinin bal və arıçılıq məhsulları, un və un məmulatları, granola qida məhsulu, alkoqolsuz içkilər, alma sirkəsi, quru meyvələr, ədviyyatlar, əl işləri və digər məhsulları satılır.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir