Rusiyanın “İrAero” aviaşirkəti iyulun 31-dən etibarən Yekaterinburqdan Bakıya uçuşlara başlayacaq.
"İki sahil” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Koltsovo hava limanının mətbuat xidməti məlumat yayıb.
Uçuşlar həftədə iki dəfə “Sukhoi Superjet 100” təyyarələri ilə həyata keçiriləcək.
Yekaterinburqdan uçuşlar bazar günü saat 17:20-də, çərşənbə günləri isə yerli vaxtla saat 20:20-də planlaşdırılır. Bakıya çatma - müvafiq olaraq 19:20 və 22:20-də olacaq. Biletin qiyməti - 27 815 rubldan (817 manatdan) başlayır.
Qeyd olunur ki, 2021-ci ilin yekunlarına görə, Koltsovo hava limanı Azərbaycana uçan 12 mindən çox sərnişinə xidmət göstərib. Yekaterinburqla Bakı arasında birbaşa uçuşlar bu ilin martında dayandırılıb.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir