Yerli istehsalın və ixracın dəstəklənməsi məqsədilə yeni təşviq mexanizmləri hazırlanır.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) “İki sahil”ə verilən məlumata görə, mexanizmlər yerli istehsalçılar və ixracatçılar assosiasiyalarının nümayəndələrinə təqdim edilib.
Qablaşdırma sənayesi, şərab, süd və süd məhsulları, zeytun, ekoloji təmiz məhsul, zəfəran istehsalçıları və ixracatçıları ilə təşkil olunan görüşdə istehsalın və ixracın dəstəklənməsi məqsədilə həyata keçirilən kompleks tədbirlər barədə məlumat verilib.
Görüşdə həmçinin qeyd olunan sahələr üzrə assosiasiyaların gələcək fəaliyyəti, strateji inkişaf planları, sektordakı mövcud vəziyyət, sahibkarların təkliflərinin öyrənilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsi, sahəvi dəstək mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir