Fermerlərə hər hektara görə əkin subsidiyasından əlavə məhsul subsidiyasının verilməsi nəzərdə tutulur.
Kənd Təsərrüfatı Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, fermerlər bundan sonra Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verdikləri ərzaqlıq buğdaya görə əlavə olaraq məhsul subsidiyası alacaqlar.
Bununla yanaşı, ərzaqlıq buğda üçün minimum alış qiyməti müəyyən olunacaq. Bu ölkədə ərzaqlıq buğdanın istehsalını daha da stimullaşdıracaq, ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir