Sahibkarlığın İnkişafı Fondu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yeni proqramlar reallaşdıracaq, yeni alətlər və məhsullar tətbiq edəcək.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-nin efirində deyib.
"Hazırda Azərbaycanda sahibkarlığa dəstək üzrə bir sıra proqramlar yekunlaşır. Qadın sahibkarlığın inkişafına, işğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşların kiçik biznes açmasına yönəlmiş hədəf proqramlar icra olunur", - deyə nazir bildirib.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir