26 iyul 2022 13:50
798

Rusiya aviaşirkəti Yekaterinburq-Bakı reysini bərpa edəcək

Rusiyanın "İraero" aviaşirkəti iyulun 31-dən Yekaterinburq-Bakı reysini bərpa edəcək.

"İki sahil" bu barədə Yekaterinburq beynəlxalq hava limanının mətbuat xidmətinə istinadən məlumat verir.

Uçuşlar həftədə iki dəfə həyata keçiriləcək. Reyslər Yekaterinburqdan çərşənbə günləri saat 20:20-də, bazar günləri 17:20-də yola düşəcək.