2022-ci ilin yanvar-iyun ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5 milyard 123,3 milyon manat təşkil edib ki, onun da 2 milyard 467,7 milyon manatı heyvandarlıq, 2 milyard 655,6 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
Dövlət Statistika Komitəsindən "İki sahil"ə verilən məlumata görə, 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatında ümumi məhsul istehsalı 100,0 faiz təşkil edib.
Bu dövrdə heyvandarlıq məhsulları istehsalı 2,8 faiz artıb, bitkiçilik məhsulları istehsalı isə 2,7 faiz azalıb. Bitkiçilik məhsulları istehsalında müşahidə edilən azalmanın əsas səbəbi hava şəraiti ilə əlaqədar cari ildə dənli və dənli paxlalı bitkilərin yığımına nisbətən gec başlanılması olub.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir