2022-ci il iyulun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 18 mlrd. 320 mln. manat təşkil edib.
"İki sahil" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, həmin ilin əvvəlinə olan göstəricidən 9,9% çoxdur.
Ötən ilin eyni dövrü ilə müqayisədə isə kredit qoyuluşları 23,3% artıb.
Qeyd edək ki, kredit qoyuluşları 2021-ci ilin ilk yarısında 14 mlrd. 856,9 mln. manat, bu ilin əvvəlinə isə 16 mlrd. 659.1 mln. manat təşkil edib.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir