Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında imzalanmış, Avropaya daha çox təbii qaz nəqlini nəzərdə tutan memorandum çərçivəsində TANAP-ın gücü iki dəfə artırıla bilər.
"İki sahil"in “Anadolu”ya istinadən xəbərinə görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz deyib.
"TANAP-ın ötürmə gücü iki dəfə artırıla bilər. İllik ötürülən 16 milyard kubmetr təbii qaz 31-32 milyard kubmetrə qədər yüksələcək. Bunun üçün bəzi qabiliyyətartırma investisiyalarına ehtiyac olacaq", - nazir bildirib.
Nazir qeyd edib ki, bu istiqamətdə müəyyən vaxta ehtiyac var və Türkiyə prosesdə iştirak etməyə hazırdır.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir