Ölkədə aparılan uğurlu iqtisadi islahatların əsas tərkib hissələrindən biri də özəl sektorun, azad sahibkarlığın inkişafıdır. İqtisadiyyatı inkişaf etmiş hər bir ölkə üçün milli sahibkar təbəqəsinin formalaşdırılması əsas şərtlərdəndir. Bu siyasət elə bir formada həyata keçirilməlidir ki, mərkəzdə və regionlarda özəl sektorun inkişafını müqayisə edərkən burada kəskin fərqlər nəzərə çarpmasın. Təsadüfi deyil ki, dövlət başçımız iqtisadi inkişafla bağılı demək olar ki, bütün çıxışlarında bu prinsipi xüsusi vurğulayır.
Prezident İlham Əliyev cari ilin 25 iyulunda Masallı, Lerik və Göygöl rayonlarının yeni icra hakimiyyətləti başçılarını vəzifəyə təyin olunmaları münasibətilə qəbul edərkən bu məsələni onların da qarşısında əsas vəzifələrdən biri kimi qoydu. Xüsusilə vurğulandı ki, sahibkarlığın inkişafı qarşısında heç bir süni maneə qoyula bilməz. Belə də olmalıdır.
Bu vaxta qədər öz vəzifə səlahiyyətlərindən suyi istifadə edib iş adamlarının fəaliyyətinə müdaxilə edən bəzi şəxslərin layiqli cəzalandırılması ictimaiyyətin gözü qarşısında gedən prosses olmuşdur. Bu isə öz növbəsində digər məmurlara da nümunə kimi göstərilmişdir.
Yeni təyin olunan İcra Başçılarına da bu sahədə xüsusi tapşırıqların verilməsi onu göstərir ki, onların bu sahədə fəaliyyətinə xüsusi nəzarət olunur.
Bütün bunlardan sonra regionlarımızda sahibkarların azad fəaliyyətinə üçün yeni imkanlar yaranır. Bu imkanlar nəticəsində regionların iqtisadi inkişafa verdiyi töhfələr artır, regionların istehsal potensialı ümumi inkişafa təkan verir.
Bu da öz növbəsində vətəndaşların sosial rifahının artmasına, onların həyat şəraitinin daha da yaxşılaşmasına təsir göstərəcək.
Leyla Fətəliyeva,
BQSK-nin əməkdaşı
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir