27 iyul 2022 12:42
893

SİMA hüquqi şəxslər üçün əlçatan olacaq

SİMA bulud əsaslı elektron imza hüquqi şəxslər üçün də əlçatan olacaq.

“İki sahil” xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müşaviri Rəşad Xalıqov deyib.

Onun sözlərinə görə, hazırda SİMA-nın mobil əlavəsi vətəndaşlar üçün mövcuddur, hüquqi şəxslər üçün olan versiya isə sentyabrın sonlarına təqdim olunacaq.

Qeyd edək ki, hüquqi şəxslər üçün SİMA pullu olacaq və hazırda bu istiqamətdə tariflər müəyyənləşdirilir.