“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) balansında olan üç Airbus helikopteri sentyabrın 1-i tarixində hərraca çıxarılacaq.
Əmlak Məsələləri Dövlət Xidmətindən “İki sahil”ə verilən məlumata görə, hərracda çıxarılacaq helikopterlərin ikisi 2005-ci il istehsalı olan EC-155B1 markalı, biri isə 2009-cu il istehsalı olan EC-135P2 markalı helikopterlərdir. Hər üç helikopterin start qiyməti 1,8 mln. manat təşkil edir.
Hərracda iştirak etmək üçün sifariş verən (əmlakın start qiymətinin 10%-i həcmində beh ödəyən) şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir