27 iyul 2022 14:11
818

Sahibkarlara kredit faizlərinin subsidiyalaşdırılmasına 65,1 mln. manat vəsait ödənilib

Mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması ilə bağlı sahibkarlara 65,1 mln. manat vəsait ödənilib.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter“ hesabında yazıb.

Nazir qeyd edib ki, bununla bağlı 6308 müraciət daxil olub ki, onlardan 5022-si üzrə müsbət qərar qəbul edilib.

Təsdiqlənən subsidiyanın ümumi məbləği 69,4 mln. manat təşkil edir.