27 iyul 2022 19:35
930

İqtisadi və sosial sahədəki dəyişikliklər bütün sahələri əhatə edir

Azərbaycan, artıq inkişaf etməkdə olan dövlətlər arasında yuxarı pillələrdə qərarlaşdığı üçün ölkəmizdə də əhalinin say artımı labüddür. Ölkəmizdə əhalinin sayı, müstəqilliyi yeni qazandığımız illərdə 7 milyondan bir az çox idisə, hal hazırki dövrdə 10 milyondan çoxdur. Bu proses normal olaraq eyni zamanda paralel olaraq iş yerlərinin açılmasını, yeni yaşayış massivlərinin tikilməsini, park və istirahət mərkəzlərinin salınmasını tələb edir. Hal hazırki dövrdə dövlətimizin iqtisadi və sosial həyatında davam edən dəyişikliklər, bütün sahələrdə yüksəlişlə müşayiət olunduğundan şəhərlərimizin, rayonlarımızın hər bir yerində abadlıq, quruculuq işləri sürətlə davam edir.

Bu cür proseslər əhalinin rifahını artırmaqla yanaşı, daha sağlam, daha yaşıl bir həyata təkan verir. Ölkəmizin bu mövzuda nə dərəcədə uğurlu siyasət yeritdiyi, düşünülmüş, yerində, doğru addımlar atdığı gözlər önündədir. Xüsusən ikinci Qarabağ müharibəsindən sonra qazilərimizin, müharibə iştirakçılarının iş yerləri və evlərlə təmin olunması geniş vüsət alıb. Prezident İlham Əliyevin şəxsən təşəbbüsü ilə onlara istər mənəvi, istərsə də maddi yardım daim göstərilir və göstəriləcək.

Eyni zamanda ödənişli formada sosial işlərin yaradılmasında da bariz bir inkişaf görünür. Sosial işlərin missiyası rifah, sosial və iqtisadi ədalətin bərqərar olmasına töhfə verməkdir. Bu isə ölkəmizin inkişafına və çiçəklənməsinə əvəzsiz müsbət təsir edir.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı