Sahibkarlar təbəqəsinin formalaşması Azərbaycanın inkişafına çox böyük töhfədir. Azad sahibkarlığın inkişafı üçün əsas şərtlərdən biri sahibkarlara, sahibkarlar sinfinə dövlət tərəfindən qayğı və diqqətin olmasıdır. Bu gün bu qayğını ölkəmizdəki sahibkarlar hiss edə bilər. Azad sahibkarlığın inkişafı, onların maneələrlə üzləşməmələri üçün dövlətimiz üzərinə düşən məsələləri həll edir.
Müstəqillik əldə etdikdən sonra 1993-cü ildən başlayaraq sahibkarlığın ölkəmizdə yüksəlişi, uğurlu islahatların və bu istiqamətdə düzgün siyasətin aparılmasının nəticədir. Bu islahatların nəticəsində inflyasiyanın cilovlanması, xarici investisya axını, sahibkarlıqda istehsal yönümlü inkişaf meyli, regionlarda işgüzar fəaliyyətin canlanması, sahibkarların cəmiyyətdəki mövqeyinin möhkəmlənməsi kimi uğurlu addımlar atılmışdır. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində özəl sektorun Ümumi Daxili Məhsuldakı payı 85 %-ə çatmışdır.
Ölkədə sahibkarlığın davamlı inkişafının təmin edilməsi məqsədilə dövlətlə sahibkarlar arasında tərəfdaşlığın institusional təşkili həyata keçirilmişdir. Bu baxımdan yaradılmış mexanizmlər (Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Biznes Tədris Mərkəzləri və s.) dövlət-sahibkar münasibətlərinin sivil müstəvidə inkişafında əhəmiyyətli rol oynamaqdadır.Hal-hazırda ölkədə sahibkarlığın genişləndirilməsi və iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirləri sistemli və ardıcıl olaraq davam etdirilir.
Sübhan Ərəbi,
YAP-ın gənc fəalı
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir