2018-2022-ci illərdə Azərbaycanda əməkhaqqının ümumi daxili məhsuldakı (ÜDM) payı 12,7%-dən 17,1%-ə yüksəlib.
“İki sahil” xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov bildirib.
Onun sözlərinə görə, iqtisadi artımın nəticələrindən insanların faydalanması getdikcə daha da çoxalır: “Azərbaycan dövlətinin sosial mahiyyətini göstərən əsas amillərdən biri də median əməkhaqqı orta əməkhaqqından, minimum əməkhaqqı isə median əməkhaqqından üstün templə artır. 2018-2022-ci illərdə orta əməkhaqqı 41%, median əməkhaqqı 86%, minimum əməkhaqqı isə 2,3 dəfə artb.
Burdan çıxan əsas nəticə odur ki, əhalinin daha az gəlirli hissələrinin əməkhaqları daha üstün templə çoxalır. Bu bir tərəfdən yoxsulluğun azalması , digər tərəfdən isə orta təbəqənin güclənməsi anlamına gəlir".
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir