Azərbaycan mobil internetin qiymətinə görə dünyada 122-ci yerdə qərarlaşıb.
“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniyanın cable.co.uk portalının apardığı araşdırmaların nəticələrindən məlum olub.
Qeyd edək ki, portalın hesabatında ümumiyyətlə 233 ölkənin mobil operatorları tərəfindən təklif olunan 5 mindən çox tarif planı təhlil edilib.
Belə ki, Azərbaycan istifadəçilərinə 1GB mobil internetin trafiki orta hesabla 1,76 ABŞ dollarına başa gəlir. Bu, bir il öncəki göstəricidən 3,3% azdır. Dünyada mobil internetin ən ucuz olduğu ölkələrin ilk üçlüyünə İsrail (0,04 dollar), İtaliya (0,12 dollar) və San-Marino (0,14 dollar) daxil olub. Ən bahalı internet isə Müqəddəs Yelena, Folklend və Sao Tome və Prinsipidə olub ki, bu ölkələrdə 1 GB internetin qiyməti müvafiq olaraq 41,06 dollar, 38,45 dollar və 29,49 dollar təşkil edir.
Qeyd edək ki, bu ölkələrin üçü də ada ölkələridir.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir