Azərbaycan erməni işğalından azad etdiyi torpaqlarda biomüxtəlifliyin bərpası istiqamətində tədbirləri davam etdirir
“İki sahil” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Brüsseldə yerləşən "EUobserver" onlayn qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın prioriteti işğaldan azad edilmiş torpaqların, xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasıdır.
"İlk növbədə, ərazilər minalardan təmizlənməlidir ki, bu da zəhmət və vaxt tələb edən işdir. Keçən ay Zəngilanda Bəsitçay və Həkəri çaylarına forel körpələrini buraxmışıq. Həm də Bəsitçay Dövlət Təbiət Qoruğunda çinar tingləri əkmişik. Bu çinarlar işğal müddətində məhv edilmiş nadir şərq çinarlarını əvəz etməlidir”, - deyə nazir bildirib.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir