Azərbaycanda sabit şəbəkə telefonlarının sayı 2021-ci ilin göstəricisinə görə (2020-ci illə müqayisədə) 0,1% artaraq cari ilin yanvarın 1-nə 1 484,3 min nömrə təşkil edib.
"İki sahil"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, ötən il mənzillərdə sabit şəbəkə telefonların sayı 1 377,2 min (nömrə) olub ki, bu da bir il öncəki göstəricini 0,5% üstələyir.
2021-ci ilin sonuna ölkə əhalisinin hər 100 nəfərinə 15 ədəd, hər 100 ailəyə isə 64 ədəd sabit şəbəkə telefon aparatları düşüb ki, bu da 2020-ci ilin göstəricisinə bərabər olaraq qalıb.
Qeyd edək ki, ötən il ATS-lərin ümumi sayı 2061 vahid (23 vahid çox) montaj tutumu isə 1 872,8 min nömrə (artım 1,1%) təşkil edib.
1 yanvar 2022-ci il tarixinə ölkə üzrə ümumi istifadədə olan sabit şəbəkə telefonlarının sayı (taksofonlar daxil olmaqla) 1 492,2 min olub ki, bu göstərici illik ifadədə cəmi 0,05% artıb.
Hesabat dövründə taksofonların sayı 24 ədəd azalaraq bu ilin əvvəlinə 338 ədəd təşkil edib.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir