Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq.
“İki sahil” AMB-yə istinadən xəbər verir ki, iyulun 29-da Mərkəzi Bankın İdarə Heyəti faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını və bununla bağlı geniş açıqlama yayacaq.
Qeyd edək ki, sonuncu dəfə AMB iyunun 17-də faiz qərarını açıqlayıb və uçot dərəcəsini dəyişməyərək 7.75% olaraq saxlayıb. Faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində müəyyən edilib.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir