29 iyul 2022 11:17
894

Azərbaycan İnvestisiya Şirkəti ilə İsrailin OurCrowd şirkəti arasında müqavilə imzalanıb

Azərbaycan İnvestisiya Şirkəti və İsrailin aparıcı qlobal kapital kraudfandinq platforması olan OurCrowd şirkəti arasında investisiya müqaviləsi imzalanıb.

“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Tvitter" hesabında paylaşım edib.

Bildirib ki, sənədə əsasən Azərbaycan iqtisadiyyatına töhfə verə biləcək bu şirkətin startaplarına investisiya yatırılacaq.