29 iyul 2022 11:56
799

Azərbaycanda “Mir” ödəniş sisteminin fəaliyyəti müzakirə edilir

Azərbaycan Mərkəzi Bankı Azərbaycanda Rusiyanın “Mir” ödəniş sisteminin fəaliyyət göstərməsi imkanlarını müzakirə edir.

“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov bildirib.

O deyib ki, hazırda bu məsələ siyasi və iqtisadi məqamlar nəzərə alınmaqla, aidiyyəti dövlət qurumlarının iştirakı ilə, eyni zamanda Azərbaycan-Rusiya hökumətlərarası komissiyası çərçivəsində müzakirə olunur.

Fərid Osmanov əlavə edib ki, yekun qərar verildikdən sonra ictimaiyyətə açıqlanacaq.