“Azərbaycan və İsrail arasında iqtisadi münasibətlər inkişaf edir”.
“İki sahil” xəbər verir ki, bu barədə İsrailin Azərbaytcandakı səfiri Corc Dik tviter səhifəsində yazıb.
“Hər iki ölkənin inkişafına öz töhfəsini verəcək bu vacib əməkdaşlığın qurulması münasibətilə Azərbaycan İnvestisiya Şirkəti” ASC-ni və İsrailin “OurCrowd” şirkətini təbrik edirik”, - paylaşımda deyilir.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) və İsrailin aparıcı qlobal kapital kraudfandinq platforması olan "OurCrowd" şirkəti arasında investisiya müqaviləsi imzalanıb. Sənədə əsasən, AİŞ ölkə iqtisadiyyatına töhfə verə biləcək bu şirkətin startaplarına investisiya qoyacaq.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir