Azərbaycanla enerji sahəsində əməkdaşlıq başlıca prioritetlərimizdəndir
Azərbaycanla enerji sahəsində əməkdaşlıq başlıca prioritetlərimizdəndir.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko deyib.
O bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq bir sıra sahələri əhatə edir.
“Xüsusilə də enerji sahəsində sıx əməkdaşlığı buna misal göstərmək olar. Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Azərbaycana səfəri və tərəflər arasında enerji sahəsində memorandum imzalanması da Aİ-Azərbaycan arasında strateji tərəfdaşlığının bariz nümunəsidir.
Çox şadam ki, enerji sahəsinə korporativ əməkdaşlıq, bu sahədə perspektivlər elmi səviyyədə müzakirə edilir, müxtəlif ekspertlər tərəfindən dəyərləndirilir, akademik səviyyədə müzakirə edilir. Buna görə, ADA-ya və Bakı Yay Enerji Məktəbinin təşkilatçılarına minnətdaram" - Mixalko əlavə edib.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir