01 avqust 2022 13:43
703

Azərbaycan və Qazaxıstan arasında İşgüzar Şura yaradılacaq

Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayevlə görüşüb.

“İki sahil” xəbər verir ki,  görüşdə iqtisadi-ticarət tərəfdaşlığının genişləndirilməsi, biznes dairələri arasında əlaqələrin inkişafı istiqəmətləri, həmçinin Azərbaycan və Qazaxıstan arasında İşgüzar Şuranın yaradılması barədə fikir mübadiləsi aparılıb.

Hazırdaq Qazaxıstanda 500-dən çox Azərbaycan şirkəti qeydiyyatdan keçib. Hesab edilir ki, bununla əlaqədar olaraq Azərbaycanla Qazaxıstan arasında İşgüzar Şuranın yaradılması zərurəti mövcuddur.