01 avqust 2022 13:33
763

"Bir Pəncərə" Mərkəzilə qeyri-neft ixracı iyulda 13% azalıb

Bu ilin yanvar-iyul ayları ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən 144,3 mln. ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.

"İki sahil"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin göstəriciləri əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 mln. dollar və ya 18,6% artıb.

Bu ilin iyun ayı ilə müqayisədə isə iyulda ixracın dəyəri 2,6 mln. dollar və ya 13% azalaraq 17,4 mln. dollar təşkil edib.