01 avqust 2022 17:18
872

İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Özbəkistanın biznes assosiasiyası arasında memorandum imzalanıb

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi Özbəkistanın “Uztekstilprom” Assosiasiyası ilə memorandum imzalayıb.

“İki sahil” xəbər verir ki, bu barədə nazir Mikayıl Cabbarov məlumat verib.

Onun sözlərinə görə, sənədə bu gün Daşkənddə - Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasında imza atılıb.