02 avqust 2022 10:54
707

Rusiya aviaşirkəti Azərbaycana uçuşları dayandırıb

Rusiyanın “Ural Airlines” aviaşirkəti oktyabrın 29-dək Azərbaycan, Özbəkistan, Qazaxıstan və Ermənistana uçuşları təxirə salmaq məcburiyyətində qalıb.

"İki sahil” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə aviaşirkətin yaydığı məlumatda bildirilir.

Məlumatda həmçinin qeyd olunur ki, göstərilən tarixədək Krasnodar, Simferopol, Anapa, Gelencik, Rostov-na-Donu və Voronej hava limanlarına da uçuşlar ləğv edilib.