02 avqust 2022 12:57
639

AMB-nin valyuta hərracında bankların tələbi 66 milyon dolları keçib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"İki sahil" AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 66,6 mln. ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (28 iyul 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 2,2 dəfə artıb. Ötən hərracda tələb 31 mln. ABŞ dolları olmuşdu.

Hərracda manatın ortaçəkili məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb.