03 avqust 2022 11:52
740

Türkiyədə illik inflyasiya 80 faizə çatır

2022-ci ilin iyul ayında Türkiyədə illik inflyasiya 79,6 faiz təşkil edib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsinin hesabatında deyilir.

Qeyd olunur ki, inflyasiya iyun ayı ilə müqayisədə 2,37 faiz, ötən ilin dekabrından bəri isə 45,72 faiz artıb.

İl ərzində ən çox nəqliyyat xidmətləri (119,11 faiz), ərzaq (94,65 faiz) və mebel (88,35 faiz) bahalaşıb.

İyun ayında illik inflyasiya 78,62 faiz təşkil etmişdi.