03 avqust 2022 13:35
830

Neftçalanın 4 kəndinin elektrik şəbəkəsi yenidən qurulur

Neftçala rayonunun Qaraqaşlı, Beştalı, Cəngan, Ərəbqardaşbəyli kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur.

“İki sahil” xəbər verir ki,  “Azərişıq” ASC-dən verilən məlumata görə, ötən əsrin 60-ci illərindən istismarda olan 4 kəndin elektrik şəbəkəsi tamamilə yenidən, müasir formada qurulacaq.

Bu kəndlərdən başqa, rayonun Mayak-1, Qırmızı Şəfəq və Yenikənd kəndlərində də tezliklə işlərə start veriləcək.