03 avqust 2022 15:14
738

Ölkədə hibrid və elektromobil kreditləri üzrə ilkin ödənişin həcmi açıqlanıb

Azərbaycanda hibrid və elektromobil kreditləri üzrə ilkin ödəniş aşağı faizlə tətbiq ediləcək. Belə ki, elektrik mühərrikli avtomobil kreditlə alınan zaman ilkin ödəniş 10%, hibrid mühərrikli avtomobil alınan zaman isə 20% olacaq.

“İki sahil” xəbər verir ki, yenilik Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun təsdiq etdiyi “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”da öz əksini tapıb. Qeyd edək ki, sözügedən yenilik istehsal tarixi 3 ilə qədər olan elektromobil və 1 ilə qədər hibrid avtomobillərə şamil edilir.

Elektromobilin istehsal tarixi 3 ildən artıq olduqda, hibrid avtomobillərdə isə 3 ilə qədər olduqda ilkin ödəniş 40% təyin edilir. İstehsal tarixi 3 ildən çox olduqda ilkin ödəniş faizi kreditin 50%-i həcmində nəzərdə tutulub.

Qeyd edək ki, bu qaydaya əsasən ənənəvi yanacaqla çalışan yeni avtomobil alınan zaman isə ilkin ödəniş 40% olaraq saxlanılıb.