Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum edən bir qrup radikal dini dəstənin üzvləri saxlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.
Polisin keçirdiyi əməliyyat zamanı 8 nəfər saxlanılıb.
Qeyd edək ki, avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
İdman Akademiyasında “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş beynəlxalq simpozium keçirilib
500-dək tədqiqatçının hər ay 1000 manatadək məbləğdə mükafatlandırılması nəzərdə tutulur