09 avqust 2022 12:59
711

Bütün növ kreditlərə tələb artıb

Bankların kreditləşmə siyasətinin cari ilin I rübündə yumşalması, bütün növ kreditlərə tələbin isə artması müşahidə olunub.

“İki sahil” Mərkəzi Banka istinadla xəbər verir ki, bu trendlərin II rübdə də davam etməsi banklar tərəfindən proqnozlaşdırılıb.

Kredit siyasəti əsasən istehlak və ipoteka kreditlərinə nisbətdə yumşaldılıb. Biznes kreditləri üzrə yumşalma isə əsasən mikro sahibkarlıq subyektlərinə münasibətdədir.

Qeyd edilib ki, sektorun kredit siyasətində dəyişikliklər Mərkəzi Bank tərəfindən diqqət mərkəzində saxlanılır və müvafiq prudensial siyasət müəyyən edilir.