09 avqust 2022 13:05
653

Bankların dollara tələbi yenidən artıb

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

“İki sahil” AMB-yə istinadla xəbər verir ki, hərracda tələb 46,1 mln. ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (4 avqust 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 20,4% artıb. Ötən hərracda tələb 38,3 mln. ABŞ dolları olub.

Hərracda manatın ortaçəkili məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb.