09 avqust 2022 15:29
744

İyul ayında qeyri-neft ixracı 17 faizdən çox artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracı 1 682,13 mln. ABŞ dolları təşkil edib.

“İki sahil” xəbər verir ki, bu da ötən ilin yeddi ayı ilə müqayisədə 24,2% çoxdur.

Təkcə iyul ayında isə qeyri-neft ixracımızın ümumi məbləği 224,64 mln. dollara bərabər olub, bu da illik ifadədə 17,2%-lik artım deməkdir.