V İslam Həmrəyliyi Oyunları çərçivəsində Türkiyənin Konya şəhərində səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçiriləcək.
“İki sahil” "Haber Global"a istinadən xəbər verir ki, iki ölkə liderlərinin görüş zamanı Ermənistanın Qarabağda törətdiyi son təxribatları və buna cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi “Qisas” əməliyyatını ətraflı şəkildə müzakirə edəcəkləri gözlənilir.
Həmçinin,Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün aparılan danışıqlardakı son durum, enerji təhlükəsizliyi və digər vacib məsələlərin dövlət başçıları tərəfindən müzakirə olunacağı bildirilir.
Azərbaycan ilə Özbəkistan arasındakı yüksəksəviyyəli əlaqələr parlament müstəvisində də uğurla davam etdirilir
Azərbaycan və BƏƏ parlamentləri beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir