10 avqust 2022 15:22
751

Mərkəzi Bankın departamentlərindən biri ləğv edilib

Azərbaycan Mərkəzi Bankının (AMB) Sədrin ofisi departamenti ləğv olunub.

“İki sahil” xəbər verir ki, bununla bağlı qurumun sədri Taleh Kazımov əmr imzalayıb.

Hazırda AMB-nin strukturuna 25 departament və 5 şöbə daxildir. Departamentlərin bir qismi və şöbələr bu günlərdə yaradılıb.