11 avqust 2022 17:02
790

Ölkəmizdə iyul üzrə gündəlik neft hasilatının həcmləri açıqlanıb

2022-ci ilin iyul ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 659 min barrel olub.

Energetika Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, hasil edilən həcmlərin 549,9 min barrelini xam neft, 109,1 min barrelini isə kondensat təşkil edib.