13 avqust 2022 12:27
395

67 min yeni nəsil nəzarət-kassa aparatları quraşdırılıb

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

"İki sahil" Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, indiyədək ölkə ərazisində 67 min 755 ədəd yeni nəsil NKA quraşdırılıb.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Bu ilin yanvar-iyul aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 13 milyard 229 milyon 241,6 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 60 faiz çoxdur.