“Şahdəniz”dən ilk hasilat başlandığı vaxtdan ümumilikdə təqribən 170 milyard kubmetr qaz və 38 milyon ton kondensat əldə edilib.
“İki sahil” xəbər verir ki, bu barədə BP məlumat yayıb.
Bildirilib ki, “Şahdəniz 2” layihəsi çərçivəsində tikinti işləri qərb-cənub cinahından hasilatın başlanması qrafikinə uyğun irəliləyib, əsas sualtı quraşdırma işləri başa çatıb, sualtı xətlərin birləşdirilməsi üçün dalğıc işləri tamamlanıb, qərb-cənub cinahı layihəsi üçün “Şahdəniz Bravo” platformasının üzərində aparılan tikinti işləri başa çatmaq üzrədir, ilkin istismar sınaqları və yoxlama işləri davam edir.