Azərbaycanda dəniz nəqliyyatı ilə 2022-ci ilin yanvar-iyul aylarında daşınmış yüklərin həcmi 4280,5 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 32,5 faiz artıb.
Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, hesabat dövründə daşınmış yüklərin 40,8%-i neft yükləri təşkil edib.
“Dəniz limanları tərəfindən 6603,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 6146,1 min tonunu və ya 93,1 faizin%-i tranzit yüklər təşkil edib. 2022-ci il avqust ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 249,3 min ton olub", - məlumatda qeyd olunur.
Məlumata görə, dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2021-ci ilin müvafiq dövrünə nisbətən 48,1% artaraq 12 min nəfər olub.