Çoxşaxəli inkişafın əsas komponentlərindən biri də ölkə daxilində infrastrukturun inkişafıdır. Uğurlu infrastruktur layihələrinin artması bir neçə istiqamət üzrə faydaladır. Bu barədə danışarkən öncəliklə bu layilərin tətbiq arealına diqqət yetirmək lazımdır. Yəni, həyata keçirilən layihələr hər şeydən əvvəl, lokal xarakterli olmamalıdır, çünkü bu, dispropirsional inkişaf kimi problemlərə zəmin yarada bilər.
Uğurlu infrastruktur inkişafının tam formalaşmış modeli isə Azərbaycanda artıq mövcuddur. Bu da uzun müddət ərzində dayanmadan görülən işlərin nəticəsidir. Sevindirici haldır ki, bu məsələ ölkə başçımızın xüsusi nəzarətdə saxladığı məsələlərdən biridir. Onun mütəmadi olaraq regionlara səfərləri, icra olunan layihələrin yekununu ilə tanış olması görülən işlərim effektivliyini daha da artırır.
Bu baxımdan Prezident İlham Əliyevin Ağsu və İsmayıllı rayonlarına son səfərini ən yaxın nümunə kimi göstərmək olar. Təkcə İsmayıllı rayonunda qazlaşdırma işinin 80 faizi reallaşmış, Ağsu rayonunda isə 100 faizə çatmışdır. Eyni zamanda bu rayonlarda müasir tələblərə uyğun 10-dan çox elektrik yarımstansiyasının istifadəyə verilməsi bu rayonların elektrik təhcizatındakı potensialını daha da artırmışdır.
Strateji əhəmiyyətli infrastruktur layihələri ilə yanaşı bütün rayonlarda olduğu kimi İsmayıllı və Ağsu rayonlarında da sosial əhəmiyyətli infrastruktur layihələri icra olunmuşdur. Müasir tipli xəstəxanaların, məktəblərin və sıra obyektlərin tikilməsi, əsaslı təmir olunması bunun əyani göstəricisidir.
Görünən odur ki, bu layihələrin sayı günbəgün artır və artacaq, çünki, Azərbaycanda dövlət siyasətinin bütün istiqamətləri vətəndaş rifahına hesablanıb.
Aytac Rüstəmli,
YAP-ın gənc fəalı